Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub

Orxan Börüsoy · Media ·

Fransa milli futbol komandasının yeni baş məşqçisi əfsanəvi futbolçu Zinəddin Zidan olub.

Redaksiya.az Skysports-a istinadən xəbər verir ki, 1998-ci ildə Fransa yığması ilə dünya çempionu olan və həmin il "Qızıl top" mükafatına layiq görülən Zidan, vəzifəsindən ayrılan Didye Deşamı əvəz edib.

Didye Deşam Fransa millisinin dünya çempionatında üçüncü yer uğrunda keçirilən oyunda İngiltərəyə məğlub olmasından sonra 14 il davam etdirdiyi baş məşqçi vəzifəsindən istefa verib. O, vəzifəsini çərşənbə axşamı rəsmi olaraq Zinəddin Zidana təhvil verib.

54 yaşlı mütəxəssis son olaraq 2016–2018 və 2019–2021-ci illərdə "Real Madrid"i çalışdırıb. Zidan İspaniya nəhəngi ilə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, 2021-ci ildə Madrid klubundan ayrıldıqdan sonra ilk dəfə yenidən məşqçi kimi fəaliyyətə başlayacaq.