Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin həyata keçirdiyi hücumlar nəticəsində Rusiyanın neft emalı potensialının 55 faizinin sıradan çıxarıldığını iddia edib.
Redaksiya xəbər verir ki, Zelenski Ukraynanın Rusiya ərazisindəki neft emalı obyektlərinə endirdiyi zərbələri Moskvanın hərəkətlərinə qanuni cavab kimi qiymətləndirib.
“Biz Rusiyanın neft emalı potensialının 55 faizini sıradan çıxarmışıq. Putinin gərginliyi azaltmaqdan imtina etməsi və enerji infrastrukturumuza hücumları fonunda bu, qanuni cavabdır”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin gərginliyin azaldılması istiqamətində addım atmaq istəmədiyini vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları davam etdiyi şəraitdə neft emalı obyektlərinin hədəfə alınması əsaslandırılmış cavab tədbiridir.
