Almaniyanın keçmiş kansleri Olaf Şolts Almaniya və ABŞ-da seçki kampaniyalarına çəkilən xərcləri müqayisə edib. O, Almaniyada kansler seçilməsinə gətirib çıxaran seçki kampaniyasına təxminən 15 milyon avro xərcləndiyini bildirib.
Redaksiya xəbər verir ki, Şolts seçkilərdə əsas rəqibinin də təxminən eyni məbləğdə vəsait sərf etdiyini qeyd edib.
“Mən təxminən 15 milyon avroya başa gələn seçki kampaniyası nəticəsində hökumət başçısı seçildim. Rəqibim də təxminən eyni məbləği xərcləmişdi”, – deyə keçmiş kansler bildirib.
Şolts ABŞ-dakı seçki kampaniyalarının maliyyə miqyasına diqqət çəkərək əlavə edib: “Bu qədər pulla ABŞ-da hətta Konqres üzvü də seçilə bilməzsiniz”.
Almaniyanın keçmiş hökumət başçısı bu müqayisə ilə iki ölkənin seçki kampaniyalarının maliyyələşdirilməsi arasındakı fərqi vurğulayıb.
