ABŞ-ın “USS Roosevelt” gəmisi Yaxın Şərqə göndərilir

ABŞ-ın “USS Roosevelt” gəmisi Yaxın Şərqə göndərilir

Nizami Salmanov · Media ·

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Roosevelt” aviadaşıyıcı gəmisinin Yaxın Şərqdə yerləşdirilmiş Amerika hərbi qüvvələrinə qoşulacağı bildirilir. Bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, gəminin bölgədəki ABŞ hərbi qüvvələrinin tərkibinə yaxın vaxtlarda daxil olması gözlənilir.

Məlumata görə, “USS Roosevelt”in Yaxın Şərqdəki hərbi qüvvələrə qoşulması ABŞ-ın regiondakı hərbi mövcudluğunun gücləndirilməsi istiqamətində növbəti addım olacaq.