Lavrov Avropanın Ukrayna danışıqlarındakı rolunu tənqid edib

Lavrov Avropanın Ukrayna danışıqlarındakı rolunu tənqid edib

Könül Məmmədova · Media ·

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda hansı rolu oynaya biləcəklərini anlamadıqlarını bildirib.

Redaksiya xəbər verir ki, Lavrov Avropa dövlətlərinin danışıqlar prosesində iştirak etmək cəhdlərini tənqid edib.

“Avropalılar Ukrayna ilə bağlı danışıqlarda hansı rolu oynaya biləcəklərini başa düşmürlər”, – deyə Rusiya xarici işlər naziri vurğulayıb.

Lavrov Avropa ölkələrinin prosesdən kənarda qalmaq istəmədiklərini də iddia edib.

“Görünür, onlar qatarın artıq yola düşdüyünü anlayırlar və sonuncu vaqona tullanmağa çalışırlar”, – deyə nazir bildirib.