ABŞ-ın maliyyə naziri Skott Bessent İran hakimiyyətinin rəsmilərinin ölkəni tərk etmək imkanları ilə bağlı sərt açıqlama verib.
Redaksiya xəbər verir ki, Bessent İran rəsmilərinin öz ölkələrini sevmələrinin müsbət hal olduğunu, lakin onların hazırda ölkədən çıxa bilmədiklərini bildirib.
“Əgər İran rejiminin rəsmiləri öz ölkələrini sevirlərsə, bu, çox yaxşıdır. Çünki onlar orada qalıblar və ölkədən uça bilmirlər”, – deyə ABŞ-ın maliyyə naziri vurğulayıb.
Bessent sözlərinə davam edərək bildirib: “Onlar ailələrini görmək üçün Londona, sevdikləri ilə görüşmək üçün Parisə, pullarını görmək üçün isə Cenevrəyə uça bilmirlər”.
ABŞ rəsmisi bu açıqlamasında İran hakimiyyətinin nümayəndələrinin xaricdəki ailə əlaqələrinə və maliyyə vəsaitlərinə işarə edib.
