Yeni Qwen modeli 10 gün fasiləsiz işləyə bilir

Yeni Qwen modeli 10 gün fasiləsiz işləyə bilir

Fərid Əlizadə · Media ·

“Alibaba” 2,4 trilyon parametrə malik yeni flaqman süni intellekt modeli Qwen3.8-Max-ı təqdim edib. Şirkət modelin mürəkkəb və uzunmüddətli tapşırıqları insan müdaxiləsi olmadan yerinə yetirmək üçün hazırlandığını bildirib.

Redaksiya xəbər verir ki, “Alibaba” Qwen3.8-Max-ı istifadəçinin adından sutkalarla işləyə bilən fərdi rəqəmsal əməkdaş kimi təqdim edir. Modelin tapşırıq üzərində fasiləsiz olaraq 10 günədək işləyə bildiyi qeyd olunur.

Yeni Qwen modeli 10 gün fasiləsiz işləyə bilir - Şəkil 1

Qwen3.8-Max mətn, şəkil, video və böyükhəcmli sənədləri emal edə bilir. Şirkət modelin proqram təminatının hazırlanması, elmi araşdırmalar, məlumatların təhlili və kompüter çiplərinin layihələndirilməsi kimi mürəkkəb işlərdə istifadə oluna biləcəyini bildirir.

“Alibaba”nın açıqlamasına görə, yeni model bəzi sınaqlarda “Claude Fable 5” və GPT-5.6 Sol daxil olmaqla qabaqcıl sistemlərlə rəqabət aparıb. Qwen3.8-Max-ın xüsusilə kodlaşdırma, çoxmərhələli tapşırıqlar və Sİ agentlərinin idarə olunması sahələrində yüksək nəticə göstərdiyi vurğulanır.

Modelin ilkin versiyası artıq “Alibaba”nın müvafiq platformalarında istifadəyə verilib. Şirkət Qwen3.8-Max-ın açıqçəkili versiyasını da təqdim etməyi planlaşdırır.