Yatarkən çox geyinmək yuxu keyfiyyətini azalda bilər

Yatarkən çox geyinmək yuxu keyfiyyətini azalda bilər

Aytac Dəniz · Media ·

Yatarkən həddindən artıq qalın geyinmək bədən temperaturunu yüksəldə və gecə ərzində daha tez-tez oyanmağa səbəb ola bilər. Bu vəziyyət dərin yuxu və REM mərhələlərinin müddətini də azalda bilər.

Redaksiya xəbər verir ki, gecə bədənin artıq istiliyi xaric edə bilməsi üçün rahat və yüngül geyimə üstünlük vermək, otağın isə yaxşı havalandırılmasını təmin etmək tövsiyə olunur.

Araşdırmalar keyfiyyətli yuxunun ertəsi gün diqqəti, konsentrasiyanı və məntiqi tapşırıqlardakı performansı yaxşılaşdıra bildiyini göstərir.

Bununla belə, otağın həddindən artıq soyuq olması da yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Əsas məqsəd bədənin rahat şəkildə istilik itirməsinə imkan verən balanslı temperatur və uyğun yuxu mühiti yaratmaqdır.