Rusiyalı paraşütçü Sergey Boytsov Altay bölgəsində isti hava şarından 11 min 551 metr yüksəklikdən tullanaraq dünya rekordu müəyyənləşdirib.
Redaksiya xəbər verir ki, Boytsovun sərbəst enişi təxminən 2 dəqiqə 30 saniyə davam edib. Bu müddətdə o, saatda 501 kilometr sürətə çatıb.
Paraşütçü paraşütünü 1 565 metr yüksəklikdə açıb və tullanışı uğurla başa vurub.
Boytsovun nəticəsi isti hava şarından həyata keçirilən yüksək hündürlüklü paraşüt tullanışları arasında yeni dünya rekordu kimi təqdim olunur.
