Jerusalem Post-da dərc olunan rəy yazısında İsrailin Türkiyəni İranla eyni səviyyədə hərbi təhdid kimi qiymətləndirməli olduğu irəli sürülüb.
Redaksiya xəbər verir ki, məqalədə Türkiyənin regiondakı hərbi və siyasi fəallığının İsrail üçün strateji risk yaratdığı iddia olunur və Tel-Əvivin Ankara ilə bağlı təhlükəsizlik yanaşmasını sərtləşdirməsi təklif edilir.
Yazının ən sərt hissəsində belə qeyd olunur: "Lazım gələrsə, İdlibdən İstanbula qədər İsrail yalnız özünü müdafiə etməyəcək, həm də hücum edəcək."
Bu ifadə Jerusalem Post-da dərc olunan müəllif mövqeyidir və İsrail hökumətinin rəsmi siyasəti kimi təqdim edilmir. Məqalə Türkiyə-İsrail münasibətlərində artan gərginlik fonunda daha sərt hərbi yanaşmanı müdafiə edən siyasi şərh xarakteri daşıyır.
