Rusiya Prezidenti Vladimir Putin Ukraynanın öz addımları ilə “Pandoranın qutusunu açdığını” bildirib və bunun qarşılığında ölkə iqtisadiyyatının ən həssas sahələrinin hədəfə alına biləcəyini deyib.
Redaksiya xəbər verir ki, Putin bəzi sektorların onsuz da iqtisadi baxımdan zəiflədiyini və mövcud qarşıdurmanın həmin sahələrə əlavə təzyiq yarada biləcəyini bildirib.
O, xüsusilə kənd təsərrüfatı istehsalını və aqrar məhsulların ixracını qeyd edib. Putinin sözlərinə görə, bu sahələr Ukraynanın mühüm gəlir mənbələrindən biridir və potensial cavab tədbirlərinin təsir dairəsinə düşə bilər.
Putinin açıqlaması Rusiyanın Ukraynaya qarşı iqtisadi təzyiq imkanlarını genişləndirməyə hazır olduğuna dair siyasi xəbərdarlıq kimi qiymətləndirilir.
