İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran regionda yeni təhlükəsizlik nizamının yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı qonşu ölkələrdən çoxsaylı mesajlar alıb.
Redaksiya xəbər verir ki, Qalibaf ABŞ-ni İsrailin maraqlarına xidmət edən siyasət yürütməkdə və bununla region ölkələrinin təhlükəsizliyini ciddi riskə atmaqda ittiham edib.
Onun sözlərinə görə, Vaşinqton müttəfiqlərinin maraqlarını nəzərə almayaraq elə bir vəziyyət yaradıb ki, bəzi regional ölkələr qısa müddət ərzində öz mövcudluqlarının belə təhlükə altında olduğunu görüblər.
Qalibaf bildirib ki, regionun daxili dinamikalarına əsaslanan, həqiqətən müstəqil təhlükəsizlik nizamı sülh və sabitliyin təmin olunması üçün daha etibarlı model ola bilər.
Onun açıqlamaları İran tərəfinin siyasi qiymətləndirməsidir və regionda ABŞ-nin rolu ilə bağlı Tehranın mövqeyini əks etdirir.
