Çinin robototexnika şirkəti DaxAI Qiji XS adlı sürülə bilən robot atını təqdim edib. 320 kiloqram ağırlığında olan sistem saatda 40 kilometrədək sürət yığa bilir.
Redaksiya xəbər verir ki, robot düz və hamar səthlərdə yüksək sürətlə hərəkət etmək üçün təkərlərindən istifadə edir.
Qiji XS nahamar əraziyə daxil olduqda isə ayaqlı hərəkət rejiminə keçir. Bu rejim robotun çuxurlardan, maili səthlərdən və digər mürəkkəb relyefdən keçməsinə imkan verir.
Hibrid hərəkət sistemi Qiji XS-i həm sürətli nəqliyyat, həm də çətin ərazilərdə hərəkət üçün uyğun platformaya çevirmək məqsədi daşıyır. Robotun kommersiya istifadəsinə verilmə tarixi və qiyməti barədə əlavə məlumat açıqlanmayıb.
