ABŞ Prezidenti Donald Tramp Kanadanı ABŞ-nin üstünlüklərindən ştat kimi yararlanmağa çalışmaqda ittiham edib. O, həmçinin Kanadanın illərdir amerikalı fermerlərə yüksək tariflər tətbiq etdiyini bildirib.
Redaksiya xəbər verir ki, Tramp bu vəziyyətin artıq qəbulolunmaz olduğunu deyərək, Vaşinqtonun Kanada ilə ticarət münasibətlərində daha sərt mövqe tutduğunu göstərib.
Kanadanın Baş naziri Mark Karni isə danışıqlarda ABŞ tərəfindən təklif olunan şərtlərin Ottawa üçün qəbuledilməz olduğunu açıqlayıb. O, danışıqlar qrupuna paytaxta qayıtmaq göstərişi verdiyini bildirib.
Karni vurğulayıb ki, Kanada ABŞ-nin tələb etdiyi güzəştləri verməyəcək və mövcud şərtlərlə razılaşmayacaq.
Tərəflərin açıqlamaları ABŞ-Kanada ticarət danışıqlarında ciddi fikir ayrılıqlarının davam etdiyini və razılaşmanın yaxın perspektivdə çətinləşdiyini göstərir.
