Kanadanın Baş naziri Mark Karni ABŞ-ni ölkəsinin digər dövlətlərlə ticarət sazişləri bağlamaq imkanlarını son anda məhdudlaşdırmağa çalışmaqda ittiham edib.
Redaksiya xəbər verir ki, Karni Kanadanın dünya üzrə bir çox ölkə üçün üstünlük verilən tərəfdaş olduğunu bildirib və Vaşinqtonun bunun qarşısını almağa çalışdığını deyib.
Kanada Baş naziri ABŞ-nin belə bir addımını qəbuledilməz adlandıraraq, Ottavanın müstəqil ticarət siyasəti yürütmək hüququnu müdafiə edib.
Karninin açıqlaması Kanada ilə ABŞ arasında ticarət və iqtisadi münasibətlərdə yaranan yeni fikir ayrılığını əks etdirir.
