Fransa Prezidenti Emmanuel Makron Ukraynanın hava məkanını müdafiə etməsi və hücumları dəf etməsi üçün zəruri vasitələrlə təmin olunmasının kritik əhəmiyyət daşıdığını bildirib.
Redaksiya xəbər verir ki, Makron Ukrayna Prezidenti Volodimir Zelenskiyə Fransanın dəstəyini gücləndirəcəyini çatdırdığını deyib. Onun sözlərinə görə, Ukraynaya əlavə hava hücumundan müdafiə raketləri təqdim ediləcək.
Makron həmçinin əməkdaşlığın iyulun 13-də Parisdə keçirilən Raketdən Müdafiə Koalisiyasının açılış iclasında müəyyənləşdirilən istiqamətlər üzrə davam etdiriləcəyini bildirib.
Fransa Prezidenti 17 noyabr 2025-ci ildə imzalanmış niyyət məktubuna da istinad edərək, Parisin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə dair öhdəliklərini davam etdirəcəyini vurğulayıb.
