ABŞ jurnalisti Laura Lumer Türkiyədəki ABŞ səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakı sərt şəkildə tənqid edərək onun istefa verməli olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Lumer Barrakı ABŞ xarici siyasətini kifayət qədər anlamamaqda ittiham edib və onu Prezident Donald Trampın təyin etdiyi ən zəif səfirlərdən biri adlandırıb.
Lumer həmçinin Barrakın İsrailin Qolan təpələrini qanunsuz işğal etdiyini söylədiyini və bununla Türkiyənin Suriya üzərindən İsrail sərhədinə doğru irəliləməsini əsaslandırmağa çalışdığını iddia edib.
Jurnalist ABŞ dövlət katibi Marko Rubionun Barraka istefa verməsi üçün təzyiq göstərməli olduğunu bildirib. Səsləndirilən fikirlər Laura Lumerin şəxsi siyasi mövqeyini əks etdirir.
