İran problemləri danışıqlar masasında həll etməyə çalışır

İran problemləri danışıqlar masasında həll etməyə çalışır

Nizami Salmanov · Media ·

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə nə müharibə, nə də sülh vəziyyətində olan indiki qeyri-müəyyən şəraitdə qala bilməz.

Redaksiya xəbər verir ki, Pezeşkian İranın dini liderinin də bu mövqeni açıq şəkildə ifadə etdiyini deyib və ölkənin düşmən qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

İran Prezidenti bildirib ki, Tehran alçaldıcı şəkildə təslim olmayacaq və öz maraqlarını müdafiə etməyə davam edəcək.

Pezeşkian eyni zamanda problemlərin məntiq və diplomatiya yolu ilə həll edilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, İran danışıqlar masasında güclü mövqe tutaraq razılaşma əldə etmək istiqamətində çalışır.