Yaponiya və ABŞ yenin alışına birgə müdaxilə edib

Yaponiya və ABŞ yenin alışına birgə müdaxilə edib

Fərid Əlizadə · Media ·

Yaponiya hökumətinin yenin son 40 ilin ən aşağı səviyyəsinə enməsindən sonra ABŞ ilə birgə valyuta bazarına müdaxilə edildiyini avqustun 3-də açıqlayacağı gözlənilir. Əməliyyat milli valyutanın məzənnəsini sabitləşdirmək məqsədilə yen alınmasını nəzərdə tutub. Bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Yaponiya və ABŞ rəsmiləri bazarda yen alaraq dollar satıblar. Bu, iki ölkənin 2011-ci ildən bəri həyata keçirdiyi ilk əlaqələndirilmiş valyuta müdaxiləsi kimi qiymətləndirilir.

Məlumata görə, Yaponiya əməliyyat zamanı 58,97 milyard dollaradək vəsait istifadə edib. ABŞ tərəfinin isə təxminən 5–10 milyard dollarlıq yen alışı həyata keçirməyə hazırlaşdığı bildirilirdi.

Əməliyyatın məqsədi yenin sürətli ucuzlaşmasını dayandırmaq, maliyyə bazarlarında daha geniş dalğalanmanın qarşısını almaq və Tokio ilə Vaşinqton arasında valyuta siyasəti üzrə sıx koordinasiyanı nümayiş etdirmək olub.

Yenin zəifləməsi əsasən Yaponiya ilə ABŞ arasındakı faiz fərqi, dolların möhkəmlənməsi və enerji qiymətlərinin artması ilə əlaqələndirilir. Ucuz yen Yaponiyada idxal olunan yanacaq və ərzağın qiymətini yüksəldərək inflyasiya təzyiqini artırır.