Votsapın həmtəsisçilərindən Can Koum İsraildə yerləşən “Shaare Zedek” Tibb Mərkəzinə 200 milyon dollar ianə edib.
Redaksiya GDH Digital-a istinadla xəbər verir ki, ianə Can Koum Ailə Fondu vasitəsilə həyata keçirilib.
Məlumata görə, bu vəsait İsrail səhiyyə sistemi tarixində ən böyük fərdi xeyriyyə ianəsi kimi qiymətləndirilir.
İanənin xəstəxananın fiziki imkanlarının genişləndirilməsi, yeni yataqlı xidmət qülləsinin tikintisi və səhiyyə işçiləri üçün yaşayış sahələrinin yaradılması üçün istifadə olunacağı bildirilib.
Hazırda təxminən min yataq tutumuna malik olan “Shaare Zedek” Tibb Mərkəzinin bu layihə ilə kapasitesinin üç dəfə artırılması planlaşdırılır.
Can Koum Ukraynada yəhudi ailəsində doğulub və gənc yaşlarında ABŞ-yə köçüb. O, 2009-cu ildə Votsapı yaradıb, 2014-cü ildə isə platformanı təxminən 19 milyard dollara Meta-ya satıb.
