“Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq”

“Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq”

Yulduz Səlimov · Media ·

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ölkənin NATO üzvlüyünə ümid bəsləməyi dayandırmalı və alternativ təhlükəsizlik ittifaqlarına yönəlməli olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Zalujnı uzun illər Ukraynanın alyansa tezliklə qoşulacağı barədə vədlər eşitdiyini, lakin bunun gerçəkləşmədiyini deyib. O, “Hər il NATO-ya üzv olacağımız barədə nağıllar dinləyirdim. Təəssüf ki, biz heç vaxt üzv olmayacağıq”, — deyə bildirib.

Keçmiş baş komandanın fikrincə, Kiyev təhlükəsizlik siyasətini yalnız NATO perspektivi üzərində qurmamalı, regional və ikitərəfli tərəfdaşlıqları gücləndirməlidir.

Zalujnı yeni təhlükəsizlik mexanizmlərinin hansı ölkələri əhatə etməli olduğu barədə əlavə təfərrüat açıqlamayıb.