İstanbul Baş Prokurorluğu Türkiyə vətəndaşlığını qanunsuz yollarla əldə etdiyi müəyyənləşdirilən 687 nəfər barəsində hüquqi prosedura başlayıb.
Redaksiya xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin vətəndaşlıq üçün tələb olunan şərtləri saxta sənədlər, formal əmlak əməliyyatları və digər qanunsuz üsullarla yerinə yetirdikləri iddia olunub.
Prokurorluğun topladığı materialların müvafiq dövlət qurumlarına göndərildiyi və şəxslərin Türkiyə vətəndaşlığından çıxarılması prosesinin başladıldığı bildirilir.
İş üzrə şübhəli şəxslərin kimliyi, istifadə olunan qanunsuz mexanizmlər və mümkün cinayət məsuliyyəti barədə əlavə məlumat açıqlanmayıb.
