Tramp Kanada mallarına 50 faizlik tarif elan edib

Tramp Kanada mallarına 50 faizlik tarif elan edib

Fərid Əlizadə · Media ·

ABŞ Prezidenti Donald Tramp Kanadanı illərdir ABŞ-dən iqtisadi baxımdan faydalanmaqda ittiham edib və 1 yanvar 2027-ci ildən etibarən bir sıra Kanada məhsullarına tariflərin 50 faizə qaldırılacağını açıqlayıb.

Redaksiya xəbər verir ki, Tramp xüsusilə avtomobillər, yük maşınları, iri və kiçik avtomobil hissələri, eləcə də polad məhsullarını yeni tariflərin əhatə edəcəyini bildirib.

ABŞ Prezidenti Kanadanın amerikalı fermerlərə və kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi yüksək tarifləri qəbuledilməz adlandırıb və bu siyasətin davam edə bilməyəcəyini deyib.

Tramp şirkətləri istehsalı ABŞ-yə köçürməyə çağıraraq, ölkə daxilində istehsal edilən məhsullara sıfır tarif tətbiq olunacağını vurğulayıb.

O, həmçinin Kanadanın artıq ABŞ ştatı kimi imtiyazlı münasibət görməyəcəyini bildirib və Ottavanın Vaşinqtona daha çox ehtiyac duyduğunu iddia edib.