Barrak SDQ-nin buraxılmasını tarixi hadisə adlandırıb

Barrak SDQ-nin buraxılmasını tarixi hadisə adlandırıb

Nizami Salmanov · Media ·

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak Suriya Demokratik Qüvvələrinin buraxılmasını “tarixi hadisə” adlandırıb.

Redaksiya xəbər verir ki, Barrak ABŞ Prezidenti Donald Trampın siyasətinin SDQ-nin Suriya dövlət institutlarına nizamlı şəkildə inteqrasiyasına yol açdığını bildirib.

Onun sözlərinə görə, kürd dilinin təhsildə tanınması, həmçinin Məzlum Abdi və İlham Əhmədə Suriya idarəçiliyində mühüm vəzifələrin verilməsi kürd tərəfinin rəhbərliyinə və verdiyi itkilərə hörmətin göstəricisidir.

Barrak prosesi qalib və məğlub tərəflərin olmadığı, əvvəllər qarşıdurmada olmuş qüvvələrin diplomatik razılaşma yolu ilə əldə etdiyi inteqrasiya modeli kimi təqdim edib.

ABŞ rəsmisi yekun məqsədi “bir ordu, bir hökumət, bir dövlət” prinsipi ilə ifadə edib.