Böyük Britaniyanın Baş naziri Endi Börnhem və Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə və təhlükəsizlik sahəsində Sİ əsaslı hərbi imkanların birgə inkişaf etdirilməsini nəzərdə tutan saziş imzalayıblar.
Redaksiya xəbər verir ki, razılaşma iki ölkə arasında müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinə və Sİ-nin hərbi sistemlərə inteqrasiyasına yönəlib.
Saziş çərçivəsində tərəflərin təhlükəsizlik və müdafiə üçün Sİ həllərinin hazırlanması, sınaqdan keçirilməsi və praktik tətbiqi istiqamətində birgə işləməsi nəzərdə tutulur.
Razılaşmanın konkret layihələri, maliyyələşdirmə həcmi və hansı hərbi sistemləri əhatə edəcəyi barədə əlavə təfərrüatlar açıqlanmayıb.
