Suriya Demokratik Qüvvələrinin buraxıldığı açıqlanıb

Suriya Demokratik Qüvvələrinin buraxıldığı açıqlanıb

Nizami Salmanov · Media ·

Suriya Demokratik Qüvvələrinin (SDQ), onunla əlaqəli Muxtar Administrasiyanın, eləcə də bütün hərbi və mülki strukturların buraxıldığı açıqlanıb.

Redaksiya xəbər verir ki, bu barədə Məzlum Kobani kimi tanınan Fərhad Abdi Şahin açıqlama verib.

Bildirilib ki, qərar SDQ ilə yanaşı, ona bağlı idarəetmə, hərbi və mülki strukturların da fəaliyyətinin dayandırılmasını nəzərdə tutur.

Açıqlamada sözügedən strukturların bundan sonrakı statusu, şəxsi heyətin taleyi və mövcud idarəetmə mexanizmlərinin hansı qurumlara təhvil veriləcəyi barədə əlavə təfərrüatlar təqdim edilməyib.