ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yaxın olduğunu və Hörmüz boğazı ilə bağlı danışıqların avqustun 3-də bərpa ediləcəyini açıqlayıb. Tərəflərin boğazda gəmi keçidinin təmin edilməsi və regional gərginliyin azaldılması məsələlərini müzakirə edəcəyi bildirilir. Bu barədə “Fox News” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yüksək səviyyəli danışıqlar davam etdiyi müddətdə Tramp Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından İrana qarşı planlaşdırılan hücumları təxirə salmağı istəyib.
ABŞ Prezidenti diplomatik prosesin yekun razılaşma ilə nəticələnə biləcəyini bildirib. Danışıqların əsas mövzuları arasında Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmi hərəkətinin bərpası, İranın nüvə proqramı və regional təhlükəsizlik məsələlərinin olduğu qeyd olunur.
Tərəflərin hansı müddəalar üzrə razılığa yaxınlaşdığı və Körfəz ölkələrinin hücumların təxirə salınması ilə bağlı müraciətə necə cavab verdiyi barədə ətraflı məlumat açıqlanmayıb. İran tərəfi də danışıqların nəticələri ilə bağlı hələ yekun mövqe bildirməyib.
