Tramp administrasiyası 200 minədək vizanı ləğv etməyə hazırlaşır

Tramp administrasiyası 200 minədək vizanı ləğv etməyə hazırlaşır

Aytac Dəniz · Media ·

Tramp administrasiyası ABŞ-də sığınacaq üçün müraciət etmiş 200 minədək əcnəbinin B1/B2 turist və biznes vizalarını ləğv etməyə hazırlaşır. Bu barədə Associated Press məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, plan həyata keçirilərsə, bu, ABŞ tarixində ən genişmiqyaslı kütləvi viza ləğvlərindən biri ola bilər.

Vizanın ləğvi həmin şəxslərin avtomatik şəkildə deportasiya ediləcəyi anlamına gəlmir. Sığınacaq müraciətlərinin hüquqi statusu və ölkədə qalmaq imkanları ayrıca immiqrasiya prosedurları ilə müəyyən ediləcək.

Planın məhkəmə mübahisələri ilə üzləşəcəyi gözlənilir. Hüquq müdafiəçiləri və immiqrasiya üzrə vəkillər belə genişmiqyaslı addımın qanuniliyi və fərdi işlərin ayrıca qiymətləndirilməsi məsələlərini gündəmə gətirə bilərlər.