Japonya’da diş yenileme ilacı test ediliyor

Japonya’da diş yenileme ilacı test ediliyor

Aytac Dəniz · Media ·

Yaponiyada alimlər itirilmiş dişlərin yenidən böyüməsinə kömək edə biləcək eksperimental dərman üzərində klinik sınaqlara başlayıblar.

Redaksiya Kyoto Universiteti və “Popular Mechanics”ə istinadla xəbər verir ki, müalicə USAG-1 adlı proteinin fəaliyyətini bloklamağa əsaslanır.

Məlumata görə, bu protein diş inkişafını məhdudlaşdıran mexanizmlərdən biri hesab olunur. Onun bloklanması isə orqanizmdə gizli qalmış diş tumurcuqlarının aktivləşməsinə və yeni dişlərin formalaşmasına şərait yarada bilər.

Dərman əvvəlcə siçan və digər heyvanlar üzərində sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. İnsanlar üzərində klinik sınaqlar isə təhlükəsizlik və effektivliyin qiymətləndirilməsi məqsədilə aparılır.

Layihə uğurlu olarsa, texnologiya gələcəkdə implant və protezlərə alternativ ola bilər. Lakin mütəxəssislər bunun hələ eksperimental mərhələdə olduğunu və bütün diş problemlərini tam aradan qaldıracaq universal həll kimi təqdim edilməməli olduğunu vurğulayırlar.

Tədqiqatçılar müalicənin 2030-cu illərdə daha geniş istifadəyə verilə biləcəyini bildirirlər.