Apple şirkəti texnologiya dünyasında böyük səs gətirəcək yeni bir aparat seriyası hazırlığına başlayır. Şirkətin, yalnız Vision Pro ilə kifayətlənmədiyi ve yeni bir geyilə bilən süni intellekt cihazı üzərində çalışdığı barədə məlumat vermişdik.
Redaksiya məlumat verir ki, etibarlı mənbə Mark Gurmanın paylaşdığı məlumatlara görə, Apple süni intellekti mərkəzə alan üç fərqli geyilə bilən cihaz üzərində gizlicə çalışır. Şirkət, istifadəçilərin iPhone ekranına olan asılılığını azaldacaq və süni intellekti gündəlik həyatın içinə görünməz bir şəkildə inteqrasiya edəcək bu yeni form faktorlarını aktiv olaraq test edir.
Siyahının ən diqqət çəkən məhsulu, üzərində kameralar saxlayan yeni nəsil AirPods olur. Bu qulaqlıqlar yalnız səs ötürməklə qalmır, üzərindəki aşağı rezolyusiyalı infraqırmızı sensorlar sayəsində istifadəçinin ətrafını da qavrayır. Süni intellekt dəstəyi ilə çalışan sistem, istifadəçinin baxdığı əşyaları tanıyıb bunlar haqqında kontekstual məlumatlar təqdim etməyi və real dünyanı rəqəmsal asistentlə birləşdirməyi hədəfləyir.
Apple-ın digər layihəsi isə Meta-nın Ray-Ban iş birliyi ilə domine etdiyi ağıllı eynək bazarına rəqib olmaqdır. Şirkət, Vision Pro kimi mürəkkəb və ağır bir başlıq yerinə, gündəlik həyatda rahatca taxıla bilən yüngül bir ağıllı eynək üzərində dayanır. Bu cihazın artırılmış reallıqdan ziyadə, kamerası və mikrofonu ilə istifadəçiyə ani asistentlik edən praktik bir quruluşda olması planlaşdırılır.
Son olaraq Apple, Humane AI Pin bənzəri, geyimlərə taxıla bilən ekransız bir "süni intellekt boyunbağı" fikrini də qiymətləndirir. Bu cihazın əsas məqsədi isə, daha əvvəl paylaşdığımız kimi, bütün rəqəmsal əməliyyatları yalnız səsli komandalar və süni intellekt vasitəsilə həll etməkdir.
