Ştaynmayer: Almaniya çoxdan miqrasiyanın formalaşdırdığı cəmiyyətdir

Ştaynmayer: Almaniya çoxdan miqrasiyanın formalaşdırdığı cəmiyyətdir

Sevinc Kərimova · Media ·

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin uzun müddətdir miqrasiyanın formalaşdırdığı bir cəmiyyət olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Ştaynmayer Almaniyada bu reallığın tam qəbul edilməsinin uzun zaman aldığını, lakin miqrasiyanın ölkənin sosial və iqtisadi inkişafında onilliklərdir mühüm rol oynadığını deyib.

O, bu prosesin ən azı 1950-ci illərin sonu və 1960-cı illərdən, Almaniyanın Türkiyə və Cənubi Avropanın digər ölkələri ilə əmək qüvvəsinin cəlb olunmasına dair razılaşmalar bağladığı dövrdən başladığını xatırladıb.

Ştaynmayerin sözlərinə görə, Almaniyanın güclü iqtisadiyyatı dünyanın müxtəlif ölkələrindən insanları ölkəyə cəlb edib. Prezident Almaniyanın həmin insanların böyük hissəsinin əməyinə ehtiyac duyduğunu vurğulayıb.