ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin ABŞ hərbi təyyarəsi ilə Rusiyaya səfər etdiyi bildirilib. Bu barədə CBS müxbiri mənbələrə istinadən məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, daha əvvəl Moskvada ABŞ diplomatik nömrə nişanları olan avtomobil karvanı müşahidə edilib.
Retkliffin Rusiya paytaxtında kimlərlə görüşdüyü və danışıqlarda hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.
Səfərlə bağlı ABŞ və Rusiya tərəflərinin rəsmi açıqlamaları da hələlik yayımlanmayıb.
