Xeyirxahlıqdan dövlət xidmətinə uzanan uğurlu yol - Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti
26 avqust Azərbaycan ictimai-siyasi həyatında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın ictimai, mədəni və humanitar həyatında mühüm izlər qoyub. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət, elm, sosial müdafiə və milli-mənəvi dəyərlərin qorunması kimi istiqamətləri əhatə edir.
Xüsusilə təhsilə və səhiyyəyə göstərilən diqqət, yeni məktəb və tibb müəssisələrinin yaradılması, mədəni irsin qorunması və ölkəmizin zəngin tarixinin dünyada tanıdılması istiqamətində görülən işlər Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr Azərbaycanın xeyirxahlıq və həmrəylik ənənələrinin beynəlxalq miqyasda təbliğinə də töhfə verir.
Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva dövlət idarəçiliyində də fəal iştirak edir. Onun fəaliyyəti sosial siyasətin, humanitar məsələlərin və vətəndaşların rifahının diqqət mərkəzində saxlanılması ilə seçilir.
Mehriban Əliyevanın fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri də milli dəyərlərlə müasir inkişafın vəhdətinə xüsusi önəm verməsidir. Azərbaycanın mədəni irsinin qorunması, milli musiqi, incəsənət və tarixi abidələrin dünyada tanıdılması istiqamətində görülən işlər ölkənin beynəlxalq mədəni nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
26 avqust münasibətilə Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə fəaliyyətində yeni uğurlar arzulayırıq.
Aslan Abbaszadə
FaktorNews xəbər portalının Təsisçisi və Baş Redaktoru

