ABŞ Ukraynadan Moskva səfəri zamanı zərbələri dayandırmağı istəyib

ABŞ Ukraynadan Moskva səfəri zamanı zərbələri dayandırmağı istəyib

Nizami Salmanov · Media ·

ABŞ-nin Moskva səfəri ərəfəsində Ukraynanı əvvəlcədən məlumatlandırdığı və Amerika nümayəndə heyəti Rusiyanı tərk edənədək zərbələri müvəqqəti dayandırmağı xahiş etdiyi bildirilir. Bu barədə Axios vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 Globemaster III təyyarəsi artıq Moskvanın Vnukovo hava limanından havaya qalxıb. CIA direktoru Con Retkliffin həmin təyyarədə olub-olmadığı isə hələ təsdiqlənməyib.

Kreml hovuzunun müxbiri Aleksandr Yunaşev daha əvvəl öz mənbələrinə istinadən Vladimir Putinin çərşənbə axşamına planlaşdırılan və yüzlərlə şəxsin hazırlığında iştirak etdiyi iri tədbirin qəfil təxirə salındığını bildirib.

Yunaşev CIA rəhbərinin həqiqətən Moskvaya gəldiyinə dair məlumatın təsdiqləndiyini iddia edərək, Putinin proqramındakı dəyişikliyin mümkün yüksək səviyyəli görüşlə əlaqəli ola biləcəyini yazıb.

Hazırda belə bir görüşün baş tutduğu, eləcə də CIA direktorunun Moskvaya səfərinin məqsədi barədə rəsmi təsdiq yoxdur.