Latviyanın Baş naziri Andris Kulbergs Hörmüz boğazındakı vəziyyətin Rusiyanın enerji gəlirlərini artırdığını və bu vəsaitlərin Ukraynaya qarşı istifadə olunan raketlərin istehsalına yönəldildiyini bildirib.
Redaksiya xəbər verir ki, Kulbergs Rusiya raketlərində Qərb istehsalı komponentlərin hələ də istifadə olunduğunu deyib və bu təchizat kanallarının tamamilə bağlanmasını vacib sayıb.
Onun sözlərinə görə, Rusiyanın raket istehsalını zəiflətmək üçün əsas addımlardan biri Qərb mənşəli elektronika və digər kritik komponentlərin ölkəyə çatdırılmasının qarşısını almaqdır.
Kulbergs hesab edir ki, belə məhdudiyyətlər Rusiyanın raket istehsal imkanlarını azalda və nəticədə Ukraynaya qarşı raket hücumlarının sayının aşağı düşməsinə kömək edə bilər.
