Şotlandların 45 faizi referendumsuz müstəqilliyi dəstəkləyir

Şotlandların 45 faizi referendumsuz müstəqilliyi dəstəkləyir

Aytac Dəniz · Media ·

Şotlandiyada keçirilən sorğuya əsasən, mövqeyini müəyyənləşdirən respondentlərin 45 faizi referendum keçirilmədən və Britaniya hakimiyyətinin razılığı olmadan ölkənin müstəqilliyini dəstəkləyib. Respondentlərin 55 faizi isə buna qarşı çıxıb. Bu barədə The National nəşri Find Out Now sorğusuna istinadən məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, belə addımı ən çox 16-29 yaş arası gənclər dəstəkləyib. Bu yaş qrupunda respondentlərin 46 faizi Şotlandiyanın referendumsuz müstəqilliyinin tərəfdarı olub.

Yaşlı nəsil arasında isə əks mövqe üstünlük təşkil edib. Sorğunun nəticələrinə görə, daha yaşlı respondentlərin 66 faizi Şotlandiyanın bu formada müstəqillik əldə etməsini dəstəkləməyib.

Sorğuda həmçinin bildirilib ki, müstəqillik referendumu hazırda keçirilsəydi, şotlandların 52 faizi Böyük Britaniyadan ayrılmağa səs verərdi. Respondentlərin 48 faizi isə ölkənin Birləşmiş Krallığın tərkibində qalmasını dəstəkləyərdi.