Kolumbiyada baş verən zəlzələdən sonra ölkənin qəhvə ixracı demək olar ki, dayanıb. Əsas ixrac limanı olan Buenaventuranın fəaliyyəti sahilə aparan əsas avtomobil yolundakı məhdudiyyətlər səbəbindən pozulub. Bu barədə Bloomberg məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, limanda qəhvə yüklərinin qəbulu qismən dayandırılıb. Yüklərin digər limanlara yönləndirilməsi isə yük avtomobillərinin çatışmazlığı səbəbindən çətinləşib.
Limanın fəaliyyəti tam bərpa olunduqdan sonra da yeni gecikmələrin yaranacağı istisna edilmir. Toplanmış böyük həcmdə qəhvə yükünün limanlarda sıxlıq yaratması və təchizat zəncirinə əlavə təzyiq göstərməsi gözlənilir.
Kolumbiya hər ay təxminən bir milyon ədəd 60 kiloqramlıq qəhvə kisəsi ixrac edir. Ölkə dünya qəhvə bazarının əsas təchizatçılarından biri hesab olunur.
