Sorğu: Aqressiv sürücülükdə BMW və İtaliya birinci yerdədir

Sorğu: Aqressiv sürücülükdə BMW və İtaliya birinci yerdədir

Fərid Əlizadə · Media ·

Dünyanın müxtəlif ölkələrindən olan sürücülər arasında keçirilən sorğuda BMW aqressiv sürücülüklə ən çox əlaqələndirilən avtomobil markası olub. Respondentlərin 58 faizi aqressiv sürücülük dedikdə ilk növbədə BMW-ni düşündüyünü bildirib. Bu barədə DiscoverCars.com məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, sorğuda 713 sürücü iştirak edib. Aqressiv sürücülüklə əlaqələndirilən avtomobil markaları arasında BMW-dən sonra 30 faizlə Audi, 14 faizlə Land Rover, 12 faizlə Tesla və 11 faizlə Volkswagen qərarlaşıb.

Sorğu: Aqressiv sürücülükdə BMW və İtaliya birinci yerdədir - Şəkil 1

Ölkələr üzrə nəticələrdə İtaliya 5 ballıq sistemdə 3,5 balla ən aqressiv sürücülərin olduğu ölkə kimi göstərilib. Yeni Zelandiya və ABŞ 3,4 balla sonrakı yerləri bölüşüb. Avstraliya isə 2,7 balla ən sakit sürücülərin olduğu ölkə kimi qiymətləndirilib.

Araşdırmaya əsasən, respondentlərin 68 faizi digər sürücülərin davranışından bəzən əsəbiləşdiyini bildirib. İştirakçıların 17 faizi bunun tez-tez baş verdiyini, 5 faizi isə hər gün sükan arxasında qıcıqlandığını qeyd edib. Respondentlərin 10 faizi digər sürücülərə görə heç vaxt əsəbiləşmədiyini deyib.

Sürücüləri ən çox qıcıqlandıran davranış dönmə siqnallarından istifadə edilməməsi olub. Respondentlərin 56 faizi bunu əsas narazılıq səbəblərindən biri kimi göstərib. Qarşıdakı avtomobilə həddindən artıq yaxın hərəkət etmək 46 faiz, ötmə zolağında yavaş sürmək isə 43 faiz göstərici ilə sonrakı yerlərdə qərarlaşıb.