Rubio naməlum uçan obyektlərin ciddi araşdırılmasını istəyib

Rubio naməlum uçan obyektlərin ciddi araşdırılmasını istəyib

Nizami Salmanov · Media ·

ABŞ dövlət katibi Marko Rubio naməlum uçan obyektlərin araşdırılmasına ciddi yanaşılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın hərbi obyektləri üzərində ölkəyə məxsus olmayan naməlum uçan aparatların müşahidə edilməsi barədə məlumatlar var.

Redaksiya xəbər verir ki, Rubio hakimiyyət orqanlarının ölkənin hava məkanında hansı obyektlərin hərəkət etdiyini dəqiq müəyyənləşdirməli olduğunu deyib. Dövlət katibi bu aparatların mənşəyi barədə məlumatının olmadığını, yalnız cavablandırılması vacib olan suallar qaldırdığını vurğulayıb.

Rubio bəzi insanların ABŞ hakimiyyətinin naməlum uçan obyektlərlə bağlı məlumatları gizlətdiyini düşündüyünü də qeyd edib. O bildirib ki, hazırkı administrasiyanın belə obyektlər barədə konkret məlumatı olsaydı, ABŞ Prezidenti məsələ ilə yaxından məşğul olar və ictimaiyyətə foto və videolar təqdim edilərdi.

Dövlət katibinin sözlərinə görə, əsas məsələ naməlum obyektlərin hansı ölkəyə və ya quruma məxsus olduğunu, eləcə də onların ABŞ-ın hərbi infrastrukturu yaxınlığında hansı məqsədlə göründüyünü müəyyən etməkdir.