Samsung-dan nazik telefon planı ləğv edildi

Samsung-dan nazik telefon planı ləğv edildi

Redaksiya · Media ·

Samsung şirkətinin son illərdəki ən nazik smartfonu olan, 5,8 mm qalınlığa malik Galaxy S25 Edge-in varisi yaxın gələcəkdə təqdim olunmayacaq.

Redaksiya məlumat verir ki, nazik korpus səbəbindən batareya tutumu müasir dövr üçün olduqca aşağı (3900 mAh) qalan və buna görə də satışda uğur qazana bilməyən model, şirkət rəsmisi Von-Cun Çoyun açıqlamasına görə, hazırda tək bir nümunə olaraq qalacaq.

Çoy, Galaxy S25 Edge-in varisi üçün hələ işə başlamadıqlarını bildirib. O, həmçinin üç dəfə qatlanabilən quruluşu ilə fərqlənən Galaxy Z TriFold-un varisi üçün də hələlik qəti bir qərarın olmadığını və bu cihazların qiymətləndirmə mərhələsində olduğunu qeyd edib.