Rusiyada ağciyər xərçənginə qarşı vaksin prototipi yaradılıb

Rusiyada ağciyər xərçənginə qarşı vaksin prototipi yaradılıb

Aytac Dəniz · Media ·

Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzində kiçikhüceyrəli olmayan ağciyər xərçənginin müalicəsi üçün onkoloji vaksin prototipi yaradılıb. Bu barədə mərkəzin elmi rəhbəri, akademik Aleksandr Qintsburq açıqlama verib.

Redaksiya istinadla xəbər verir ki, hazırlanan prototip ağciyər xərçənginin ən geniş yayılmış növlərindən birinə qarşı nəzərdə tutulub. Bu şiş növünün xüsusilə siqaret çəkən şəxslər üçün yüksək risk daşıdığı bildirilir.

Yeni preparatın hazırlanmasında melanoma əleyhinə “NeoOnkoVak” vaksini yaradılarkən sınaqdan keçirilmiş texnoloji platformadan istifadə olunur. Qamaleya Mərkəzinin mütəxəssisləri həmin platforma əsasında digər onkoloji xəstəliklərə qarşı da fərdiləşdirilmiş preparatlar hazırlamağı planlaşdırırlar.

Vaksin hazırda prototip mərhələsindədir. Onun klinik sınaqlarının başlanma vaxtı, effektivliyi və geniş istifadəyə verilməsi ilə bağlı əlavə məlumat açıqlanmayıb.