Rusiya Ukraynaya qarşı eskalasiyanı artırmağı planlaşdırır

Rusiya Ukraynaya qarşı eskalasiyanı artırmağı planlaşdırır

Nizami Salmanov · Media ·

Rusiya sülh danışıqlarının dalana dirəndiyi qənaətinə gəldikdən sonra Ukraynaya qarşı hücumların intensivliyini artırmağa hazırlaşır. Bu barədə Bloomberg Kremlə yaxın üç mənbəyə istinadən məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Moskva diplomatik prosesdən yaxın perspektivdə nəticə gözləmədiyi üçün hərbi təzyiqi artırmaq variantını nəzərdən keçirir.

Mənbələrin sözlərinə görə, mümkün eskalasiya Ukraynaya qarşı daha intensiv hücumlar və hərbi əməliyyatların genişləndirilməsi formasında özünü göstərə bilər.

Rusiya tərəfi bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib. Bloomberg-in məlumatı Kremlə yaxın mənbələrin qiymətləndirməsinə əsaslanır.