Tramp: Retkliffin Moskva görüşü nəticə verə bilər

Tramp: Retkliffin Moskva görüşü nəticə verə bilər

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Tramp CIA direktoru Con Retkliffin avqustun 25-də Moskvaya səfərini “rutin prosesin bir hissəsi” adlandırıb. O, bu barədə The Glenn Beck Program verilişində danışıb.

Redaksiya xəbər verir ki, Tramp Retkliffin Moskvada keçirdiyi görüşlərin müəyyən nəticələr verə biləcəyini bildirib və ABŞ-nin Ukraynadakı münaqişənin başa çatması üçün intensiv işlədiyini vurğulayıb.

ABŞ Prezidenti Retkliffi yüksək qiymətləndirərək, onun Moskvadakı təmaslarından “nəsə çıxa biləcəyini” deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında əlaqələr ikitərəfli münasibətlərin ən çətin dövrlərində belə davam edir.