Şahzadə Harri və Meqan Britaniyaya geri qayıdıblar

Şahzadə Harri və Meqan Britaniyaya geri qayıdıblar

Könül Məmmədova · Media ·

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl altı il əvvəl ölkədən ayrıldıqdan sonra yenidən Böyük Britaniyada yaşamağa başlayıblar. Bu barədə The Daily Telegraph məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, cütlük Britaniyaya iki övladı — yeddi yaşlı Arçi və beş yaşlı Lilibet Diana ilə birlikdə qayıdıb. Uşaqların sentyabr ayında məktəbə başlayacağı bildirilir. Ailə ABŞ-dən iki itini də özü ilə gətirib.

Nəşrin mənbəsi ailənin Britaniyada uzun müddət qala biləcəyini, lakin bunun altı ay, bir il və ya daha uzun müddət davam edib-etməyəcəyinin hələ məlum olmadığını bildirib.

Məlumata görə, Harri və Meqan vaxtaşırı Kaliforniyaya gedəcəklər. Onların ABŞ-dəki evi saxlanılıb. Ailənin Londondan kənarda, kral ailəsinə məxsus olmayan şəxsi iqamətgahda yaşayacağı qeyd olunur.

Şahzadə Harri və Meqan Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvləri kimi fəaliyyətlərini dayandırmışdılar. Bundan sonra onlar monarxı rəsmi səfərlərdə təmsil etmək, müəyyən mərasim vəzifələrini yerinə yetirmək və “Əlahəzrət” titulundan rəsmi şəkildə istifadə etmək imkanlarını itirmişdilər.