Apple iPhone 18 təqdimatının tarixini açıqlayıb

Apple iPhone 18 təqdimatının tarixini açıqlayıb

Fərid Əlizadə · Media ·

Apple yeni iPhone modellərinin təqdim ediləcəyi növbəti böyük tədbirini sentyabrın 9-na təyin edib. Təqdimatın Bakı vaxtı ilə saat 21:00-da başlaması gözlənilir.

Redaksiya xəbər verir ki, tədbirdə əsas diqqətin iPhone 18 Pro seriyasına və Apple-ın ilk qatlanan iPhone modelinə yönələcəyi gözlənilir. Standart iPhone 18 modelinin isə daha sonra təqdim ediləcəyi bildirilir.

Bu, Apple-ın yeni baş direktoru Con Ternusun rəhbərliyi altında keçiriləcək ilk böyük məhsul təqdimatı olacaq. Ternus sentyabrın 1-dən şirkətin baş direktoru vəzifəsini Tim Kukdan təhvil alacaq.

Tim Kuk isə Apple-dan ayrılmır və şirkətin Direktorlar Şurasının icraçı sədri vəzifəsinə keçir. Buna görə sentyabr təqdimatı uzun illərdən sonra Apple-ın Kuk rəhbərliyi olmadan keçirilən ilk əsas məhsul tədbiri olacaq.