Suriya Prezidenti Əhməd Şara Dəməşqdən ölkənin yeni siyasi və iqtisadi mərhələyə qədəm qoyduğunu bəyan edib.
Redaksiya xəbər verir ki, Şara tarix boyu böyük hekayələrin Dəməşqdən başladığını deyərək, bu gün Suriyanın öz iradəsini, xalqın isə azadlığını yenidən qazandığı yeni bir dövrün başlandığını bildirib.
Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması və mövcud maneələrin götürülməsi yolun sonu deyil. Əksinə, bu addımlar uzunmüddətli inkişaf və yenidənqurma prosesinin başlanğıcı kimi qiymətləndirilməlidir.
Şara qarşıdakı mərhələnin ləyaqət, inkişaf, tikinti, yenidənqurma və tərəqqi üzərində qurulacağını vurğulayıb.
Suriya Prezidenti bu prosesi “yeni Suriyanın hekayəsi” adlandıraraq, ölkənin gələcək kursunun dövlət institutlarının bərpası və davamlı inkişaf istiqamətində formalaşdırılacağını bildirib.
