Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında yarışan Tiangong Ultra adlı robot yüksək sürəti ilə yanaşı, qeyri-adi qaçış tərzi ilə də diqqət çəkib.
Redaksiya xəbər verir ki, humanoid robot 100 metr məsafəni 8,86 saniyəyə qət edərək robotlar arasında yeni rekord müəyyənləşdirib.
Tiangong Ultra-nın qaçış zamanı hərəkət trayektoriyası və bədən balansı insan idmançıların üslubundan nəzərəçarpacaq dərəcədə fərqlənsə də, robot yüksək sürəti qorumağı bacarıb.
Nəticə humanoid robotların hərəkət qabiliyyəti, balans sistemləri və sürət baxımından sürətlə inkişaf etdiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilir.
