İran: Bütün elektrik stansiyalarımızı məhv etmək mümkün deyil

İran: Bütün elektrik stansiyalarımızı məhv etmək mümkün deyil

Könül Məmmədova · Media ·

İranın energetika naziri Abbas Əliabadi ölkədəki elektrik stansiyalarının sayının çox olduğunu və bütün enerji istehsalı obyektlərinin eyni vaxtda sıradan çıxarılmasının mümkün olmadığını bildirib.

Redaksiya xəbər verir ki, Əliabadi hətta qarşı tərəfin bütün silah imkanlarından istifadə edəcəyi halda belə İranın bütün elektrik stansiyalarını və enerji istehsalı obyektlərini məhv edə bilməyəcəyini deyib.

Nazirin sözlərinə görə, İran müharibə şəraitində də yeni elektrik stansiyalarının tikintisini davam etdirib və enerji infrastrukturu ilə bağlı layihələr dayandırılmayıb.

Əliabadi ölkənin enerji sisteminin dayanıqlığını vurğulayaraq, hazırda həyata keçirilən layihələrin heç birinin dayandırılmadığını bildirib.