ABŞ rəsmisi Çinin texnoloji yarışda önə keçə biləcəyini bildirib

ABŞ rəsmisi Çinin texnoloji yarışda önə keçə biləcəyini bildirib

Fərid Əlizadə · Media ·

Çin texnoloji yarışda ABŞ-ni geridə qoya bilər və bu, Vaşinqtonun iqtisadi və hərbi üstünlüyü üçün risk yarada bilər. Bunu ABŞ müdafiə nazirinin tədqiqat və inkişaf üzrə müavini Emil Maykl bildirib.

Redaksiya xəbər verir ki, Maykl xüsusilə süni intellekt sahəsində ABŞ və Çin arasında gedən rəqabətin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Sİ sahəsində hansı ölkənin üstünlük qazanması yalnız texnoloji liderliyi deyil, həm də ABŞ və Çin tərəfindən təklif olunan iki fərqli inkişaf modelindən hansının daha uğurlu olacağını müəyyən edə bilər.

ABŞ rəsmisi bu rəqabətin nəticələrinin gələcək iqtisadi güc balansına, hərbi imkanlara və qlobal texnoloji liderliyə birbaşa təsir göstərə biləcəyini bildirib.