Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə dinc nüvə energetikası sahəsində əməkdaşlıq sazişini baxılması üçün ABŞ Konqresinə təqdim edib. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, razılaşma Səudiyyə Ərəbistanında ABŞ şirkətlərinin iştirakı ilə on milyardlarla dollar dəyərində nüvə reaktorlarının tikintisini və Amerika nüvə texnologiyalarının krallığa ötürülməsini nəzərdə tutur.
Məlumata görə, Vaşinqton sazişin yekunlaşdırılmasını Ər-Riyadın İbrahim Razılaşmalarına qoşulması ilə əlaqələndirir.
İbrahim Razılaşmaları İsrailin tanınmasını və onunla diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Bu çərçivədə ABŞ Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmasından sonra nüvə əməkdaşlığı üzrə razılaşmanı irəli aparmağa hazır olduğunu bildirir.
